Qəbul imtahanlarının vaxtı dəyişdirildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib.
Tarix: 03.02.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər
Tezxəbər-in Komissiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək. Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar üçün qəbul imtahanları isə iyul ayında keçiriləcək. Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılması ilə əlaqədardır. Bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.
Xəbər 294 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.01.2015
Benzinin qiyməti düşdü - SON XƏBƏR
18.12.2014
Prezident yeni fəxri adlar verdi - 5 xalq artisti.. Əməkdar artistlər..
10.12.2014
Seyx Nobelə namizəd oldu
29.11.2014
UNESCO: LAVAŞ ermənilərin deyil - SON QƏRAR
28.11.2014
Səbirsizliklə gözlənilən foruma start verildi - FOTOLAR


Şərh əlavə olunmayıb

ƏN ÇOX OXUNAN
BİZİM SEÇİM
Qarabağı kim xilas edəcək?
ABŞ
Rusiya
Azərbaycan əsgəri
Zaman
Heç kim


  Nəticələr!    İştirak edənlər: 1387

25.01 | 19:58 Türkiyədə “Charle Hebdo” jurnalına etiraz edildi
25.01 | 19:07 Separatçı rusların qisası
25.01 | 18:25 Poroşenko təcili iclas çağırdı
25.01 | 17:09 ABŞ Rusiyanı yenə hədələdi
25.01 | 16:54 “Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar“
25.01 | 14:46 Sabahın hava proqnozu
25.01 | 13:52 Bill Qeyts proqnoz verdi
25.01 | 13:37 Ceyms NATO-nun Azərbaycan marağını açıqladı
25.01 | 13:11 Poroşenko matəm elan etdi
25.01 | 12:32 Yunanlar yenə seçir
25.01 | 11:28 “Qorbaçov qorxunc cinayətlərin müəllifidir“
25.01 | 10:49 BMW - əfsanəyə qayıdış
25.01 | 10:15 Xarkovda terror aktı?
25.01 | 09:47 Bu günün tarixi (25.01.2015)
25.01 | 09:24 Maydan yenə adamla doldu
25.01 | 00:49 Savaş qorxusu var, amma...
24.01 | 22:37 KQB-şnik Putini ifşa etdi
24.01 | 22:06 Putinin altı mlrd-lıq “oyunu“
24.01 | 18:23 ATƏT xüsusi bəyanat yaydı
24.01 | 16:52 Sorosdan şok açıqlamalar
24.01 | 13:48 Bakıda möhtəşəm “Lachın Hospital” xəstəxanası fəaliyyətə başladı
24.01 | 12:58 Qarabağla bağlı bədbin proqnoz
24.01 | 12:43 Qar yağacaq, külək əsəcək
24.01 | 12:04 FİFA prezidentinə ağır zərbə
24.01 | 11:36 “Real Madrid“dən super transfer
24.01 | 11:14 Dünya müharibəyə hazırlaşır
24.01 | 10:47 AB-də sanksiyalar üstündə mübahisə gedir
24.01 | 10:26 İran razılaşmanı poza bilər
24.01 | 10:09 Ukraynada irimiqyaslı hücum hazırlığı
24.01 | 09:54 Somali vətəndaşları Davudoğluna belə təşəkkür etdi
24.01 | 09:30 Rusiya Krımdan imtina etdi
23.01 | 22:30 Prezidentin səfəri başa çatdı
23.01 | 22:09 İlham Əliyev Klaus Şvab ilə görüşdü
23.01 | 20:51 Patrik Hikki İlham Əliyevdən sitat gətirdi
23.01 | 20:37 Azərbaycandan sərt bəyanat
23.01 | 20:15 Qarabağla bağlı yeni görüş
 Kalendar
    ,    
26.01.2015
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.3893
KWD 1 Küveyt dinarı 2.7695
CHF 1 İsveçrə frankı 0.8591
GEL 1 Gürcü larisi 0.4694
GBP 1 İngilis funt sterlinqi 1.2491
SEK 1 İsveç kronu 0.1199
IRR 100 İran rialı 0.0031
EUR 1 Avro 1.0574
USD 1 ABŞ dolları 0.7844
© Copyright 2014 TEZXEBER.COM
Tel.: 050 317 56 40
E-mail: office@tezxeber.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info